İranın istənilən reaksiyası İsrailin xeyrinədir

Dünya

05.08.2024 18:40

“İsrail və İran regionda böyük müharibəyə başlamaqda maraqlı deyil, lakin İsrail İranın istənilən cavabından maksimum fayda əldə etmək niyyətindədir”.

TodayPress xəbər verir ki, bunu “TASS”a açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin elmi işçisi Qriqori Lukyanov deyib. 

“İran həyati əhəmiyyət kəsb edən vacib infrastruktur obyektlərinə, o cümlədən ikili təyinatlı obyektlərə zərbələr endirə bilər. Söhbət, məsələn, İsrailin enerji imkanlarından gedir. Ona görə də ölkə iqtisadiyyatına, siyasi rəhbərliyin nüfuzuna ciddi zərər vurmaq məqsədilə məhz bu infrastruktura hücumlar edilə bilər” deyə ekspert əlavə edib.

Töhfə Səməd

tag: İran,İsrail,Qriqori Lukyanov,İqtisadiyyat, Müharibə, todaypress.az,