İranın hədəfi: Ölkənin 5 əyalətində AES tikiləcək
Dünya
12.06.2024 15:45
İranda atom elektrik stansiyası tikiləcək əyalətlərin adları açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
O, ölkənin hansı əyalətlərində atom elektrik stansiyası tikiləcəyi ilə bağlı suala cavab olaraq deyib:
“20 min meqavatlıq nüvə enerjisi istehsal edəcək atom elektrik stansiyasının tikintisi üçün tədqiqat mərhələləri başlayan Sistan və Bəluçistan, Hörmüzqan, Buşehr əyalətlərini və ölkənin şimalını qeyd etmək olar”.
Təşkilat rəhbərinin sözlərinə görə, növbəti mərhələdə ölkənin şimalında da nüvə elektrik stansiyası tikiləcək.
Günəş Mərd
tag: İran, AES, Atom Enerjisi, Əyalət, Məhəmməd İslami, todaypress.az,