İranın cənubunda zəlzələ oldu
Dünya
06.01.2025 22:24
İranın cənubunda 5,3 maqnitudalı zəlzələ
olub.
TodayPress xəbər verir ki, bu barədə Avropa – Aralıq
dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanların episentri əhalisi
təqribən 1,25 milyon olan Şiraz şəhərindən 139 km cənubda olub. Zəlzələnin
ocağı 19 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
tag: İran, Cənub, Zəlzələ, Aralıq Dənizi, Şiraz, todaypress.az,