İranın BMT nümayəndəliyindən təhlükəli xəbərdarlıq: "Dağıdıcı müharibə başlayacaq"

Dünya

29.06.2024 07:56

İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi xəbərdarlıq edib ki, İsrail Livana hərtərəfli hərbi hücuma keçərsə, dağıdıcı müharibə başlayacaq.

TodayPress xəbər verir ki, İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi X sosial media hesabında açıqlama verib.

Bildirilib ki, Livana hücum olunacağı ilə bağlı açıqlamalar psixoloji müharibə kimi qiymətləndirilir.  

Bəyanatda İsrailin Livana hərtərəfli hərbi hücum təşkil edəcəyi təqdirdə “dağıdıcı müharibənin” başlayacağı xəbərdarlığı edilib.

Qeyd edək ki, son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır. 

GÜNEL

 

tag: İran, BMT, Hizbullah, HƏMAS, todaypress.az,