İranın Bəlucistan əyalətində 23 silahlı öldürüldü

Dünya

15.11.2024 17:15

İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 23 silahlı öldürülüb, 46-sı həbs olunub.

TodayPress “İRNA”ya istinadən xəbər verir ki, bunu “Təhlükəsizlik şəhidləri” əməliyyatının nümayəndəsi Əhməd Şafai bildirib.

Onun sözlərinə görə, daha yeddi silahlı təslim olub.

Xatırladaq ki, bu əyalətdə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) döyüşçüləri ilə silahlılar arasında atışmada üç hərbçi ölüb.

tag: İran, Bəlucistan, Əməliyyat, SEPAH, todaypress.az,