İranın ABŞ seçkilərinə müdaxiləsi ifşa edildi
Dünya
25.10.2024 17:05
Tehranla əlaqəli bir qrup iranlı haker amerikalı iş adamı və ABŞ prezidentliyinə namizəd Donald Trampın elektron poçtunu sındırıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentlik qeyd edib ki, İran hakimiyyəti üçün işləyən hakerlər Trampa ünvanlanmış məktubları onun Demokratlar Partiyasından olan siyasi rəqiblərinə və müstəqil jurnalistlərə ötürüblər.
“Hakerlik fəaliyyətləri Tehranın seçkiyə müdaxilə əməliyyatlarını araşdırmaq üçün fürsət yaradır. Onlar nümayiş etdirirlər ki, İran hələ də seçkilərə müdaxilə etməkdə qərarlıdır” nəşr bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki missiyası Tehranın Amerika seçkilərinə müdaxilə etmədiyi və bunun üçün heç bir motivin olmadığı barədə müraciət yaymışdı.
Günəş Mərd
tag: İran, ABŞ, Seçki, Əməliyyatlar, BMT, todaypress.az,