İrandan BRICS-ə təhlükəsizlik TƏKLİFİ
Dünya
11.09.2024 15:31
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS çərçivəsində təhlükəsizlik məsələlərinə cavabdeh olan xüsusi strukturun yaradılması təklifi ilə çıxış edib.
TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Mənim xüsusi təklifim terrorizm, ekstremizm, bioloji silahların inkişafı, narkotik ticarəti, insan alveri, qeyri-qanuni məqsədlər üçün süni intellekt və peyk sistemləri kimi innovativ texnologiyalardan istifadə kimi ümumi təhdidlərə qarşı mübarizə aparmaq üçün xüsusi BRICS strukturunun yaradılmasıdır. Həmçinin kiberməkanda və dəniz nəqliyyatında təhlükəsizliyi təmin etmək üçün ümumi imkanların yaradılmasıdır” Əhmədian vurğulayıb.
Onun sözlərinə görə, assosiasiya üzvləri iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də uğurla qarşılıqlı fəaliyyət göstərə və yeni dünya sistemi yarada bilərlər.
Günəş Mərd
tag: BRICS, İran, Terror,Ekstremizm, Süni İntellekt, todaypress.az,