İrandan ABŞ-yə tələb: Qoşunlarını Suriyadan çıxar!
Dünya
26.06.2024 14:13
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-dən Amerika hərbi kontingentini dərhal və tamamilə Suriyadan çıxarmağı tələb edib.
TodayPress TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının humanitar və siyasi məsələlərlə bağlı iclasında deyib.
“Suriyada sülh və sabitlik üçün Amerika qoşunlarının ölkədən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirik” deyə Əmir Səid İrəvani qeyd edib.
Günəş Mərd
tag: İran, ABŞ, BMT, Əmir Səid İrəvani, Suriya, todaypress.az,