İrandan ABŞ-yə ittihamlar səngimir...
“ABŞ rəsmilərinin Yəmənə hava zərbələri ilə bağlı apardığı yazışmalar bu ölkənin insan həyatına qarşı göstərdiyi laqeyd münasibətin bariz nümunəsidir”.
TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“Artıq dünyanın hər yerindən, o cümlədən ABŞ-dən olan insanlar görə bilirlər ki, ABŞ rəsmiləri qlobal proseslərə necə yanaşır. Bu yazışmalarda nəinki total qeyri-peşəkarlıq, həm də insan həyatına qarşı dərin etinasızlıq açıq-aşkar görünür” deyə o bildirib.
Nazirin bu reaksiyası “The Atlantic” nəşrinin baş redaktoru Ceffri Qoldberqin ABŞ rəsmilərinin Signal tətbiqində Yəmənə qarşı zərbələrlə bağlı apardığı qapalı müzakirələrə təsadüfən daxil olması fonunda verilib.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məsuliyyəti öz üzərinə götürərək jurnalistin sözügedən çatlara daxil olmasına şərait yaratdığını təsdiqləyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı müşavirinə inandığını və onun peşəkarlığına güvəndiyini bəyan etmişdi.
Qiymət Mahir
tag: İran,ABŞ,İttiham,Abbas Əraqçi,Todaypress.az,