İrandakı seçkilərlə bağlı son RƏY SORĞUSU
Dünya
22.06.2024 17:08
İrandakı prezident seçkiləri ilə bağlı keçirilən son sorğusunun nəticələri açıqlanıb.
TodayPress xəbər verir ki, “Millət” Sorğu İnstitutunun məlumatına görə, əhalinin 45,5%-i bu seçkidə mütləq iştirak edəcəyini, 31,8%-i tərəddüd etdiyini, 4,4%-i isə qəti şəkildə seçkidə iştirak etməyəcəyini bildirib.
Seçkilərə qatılanlardan 20,7%-i İran parlamentin sədri Məhəmməd Baqir Qalibafa, 18,9%-i Təbrizdən olan Millət vəkli Məsud Pezeşkiana, 18,2%-i isə İranın dini rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə səs verəcək.
Qeyd edək ki, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Günəş Mərd
tag: İran, Prezident, Parlament, Səs sorğusu, Təbriz, todaypress.az,