İrandakı prezident seçkilərinin ilkin nəticələri: Pezeşkian liderdir
Dünya
29.06.2024 10:08
İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslər açıqlanıb.
TodayPress İran KİV-ə istinadən xəbər verir ki, hazırkı nəticələrə görə, 5 mln. 955 min 781 səslə Məsud Pezeşkian liderdir.
5 mln. 560 min 321 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 mln. 891 min 385 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 111 min 967 səslə dördüncüdür.
Günəş Mərd
tag: İran, Seçkilər, KİV, Pezeşkian, Lider, todaypress.az,