İranda zəlzələ: XƏSARƏT ALANLAR VAR - YENİLƏNDİ

Dünya

03.11.2024 16:45

İranın şimalında Semnan ostanında baş verən 4,8 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı artıb. 

TodayPress xəbər verir ki, yerli KİV məlumat verib.  Zəlzələ nəticəsində 24 nəfər xəsarət alıb. 18 nəfər xəstəxanaya yerləşdirilib. 


***

10:05

İranın şimalında Semnan ostanında 4,8 maqnitudalı zəlzələ olub. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb. 

Yerli vaxtla saat 05.16 radələrində baş verən zəlzələnin ocağı Gərmsar şəhəri yaxınlığında, 11 km dərinlikdə yerləşib. Baş verən zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.

Zəlzələ Tehran və Kərəc şəhərində də hiss edilib. 


tag: İran,Zəlzələ,Hadisə,Tehran,Todaypress.az,