İranda zəlzələ baş verdi
İranda 5 maqnitudalı zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
Məlumata görə, zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində baş verib. Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.
Dağıntı və yaralılar barədə məlumat yoxdur.
tag: İran,Zəlzələ,Hadisə,Təbii Fəlakət,Todaypress.az,