İranda yüzlərlə insan şərbətdən zəhərləndi

Dünya

18.07.2024 16:10

İranın Mazandaran əyalətinin Geluqah şəhərində 800-ə yaxın insan şərbətdən zəhərlənib. 

TodayPress xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb. 

Şəhərin Sağlamlıq Xidməti Mərkəzinin rəhbəri İbrahim Xudaməlu bildirib ki, son 24 saat ərzində zəhərlənmə əlamətləri ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.  

Qeyd olunub ki, kütləvi zəhərlənməyə səbəb əzadarlıq mərasimləri zamanı insanlara verilən şərbət olub.

Günəş Mərd

tag: İran, Geluqah, Mazandaran, Kütləvi Zəhərlənmə, todaypress.az,