İranda yaşayış binasında partlayış: 21 nəfər yaralandı
Tehranda
yaşayış binasında partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.
Məlumata görə, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla
müşahidə olunan partlayış baş verib.
Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.
İndiyə olan məlumata görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
tag: İran, Bina, Partlayış, Qaz, Sızma, todaypress.az,