İranda terror aktının qarşısı alındı

Dünya

05.10.2024 18:25

İranın şimalında yerləşən Növşəhr şəhərində terror aktının qarşısı alınıb.

TodayPress İran KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi, polkovnik Əli Əkbər Dərvişi bildirib.

Qeyd olunub ki, terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.

tag: İran ,Terror ,İŞİD ,Polis ,Əli Əkbər ,todaypress.az,