İranda terror aktı nəticəsində 10 təhlükəsizlik qüvvəsi həlak oldu
Dünya
26.10.2024 22:12
İranda terror qruplaşması kimi tanınan Ceyş
əl-Ədl ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyalətində şənbə
günü törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
TodayPress xəbər verir ki, bu barədə
“RİA” İranın “Mehr” dövlət agentliyinə istinadən məlumat yayıb.
Bundan əvvəl İran mediası hücum zamanı atışmada on təhlükəsizlik
qüvvəsinin öldürüldüyünü xəbər verib.
“Sky News Arabia” mənbələrə istinadən bildirir ki, İran adı açıqlanmayan vasitəçi ölkə vasitəsilə artıq İsrailə hücuma cavab vermək niyyətində olmadığı barədə məlumat yayıb.
tag: İran, Hücum, Terror, İsrail, todaypress.az,