İranda təhlükəsizlik işçiləri saxlanıldı
Dünya
03.08.2024 10:26
İran Təhlükəsizlik Xidmətinin iyirmidən çox əməkdaşı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə Tehranda raket hücumu nəticəsində öldürülüb.
Günəş Mərd
tag: İran, Amerika, HƏMAS, Tehran, İsmayıl Haniyə, todaypress.az,