İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu

Dünya

21.12.2024 23:05

İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə İranın "Tasnim News" agentliyi məlumat yayıb.

Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.

“Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir” regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.

Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.

tag: İran, Loristan, Əndimeşq, Avtobus, Qəza,Ölüm, todaypress.az,