İranda sel fəsadlar yaratdı: 2 nəfər itkin düşdü

Dünya

27.06.2024 11:07

İranda sel və daşqınlar nəticəsində çox sayda insan yaralanıb və itkin düşüb.

TodayPress “Tasnim News”a istinadən xəbər verir ki, dünən axşam və gecə saatlarında İranın Savadkuh şəhərinə yağan güclü yağış Telar çayının daşmasına səbəb olub.  

Məlumata görə, daşqın zamanı 18 nəfər yaralanıb. 2 nəfər itkin düşüb.

Yollara, infrastruktura, evlərə və kənd təsərrüfatına ciddi ziyan dəyib. 

Günəş Mərd

tag: İran, Sel, Yağış, Telar Çayı, Yaralı, todaypress.az,