İranda qadın məhbuslar aclıq aksiyasına başladı

Dünya

10.09.2024 09:57

2658

İranın Evin zindanında saxlanılan qadın siyasi məhbuslar aclıq aksiyası keçirirlər.

TodayPress xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Bildirilir ki, onlar qidadan və tibbi xidmətlərdən imtina ediblər. 

Aksiya keçirən məhbuslar məzuniyyətə və ailələri ilə görüşə icazə verilməməsinə etiraz olaraq bu addımı atıblar.

Günəş Mərd

tag: İran, Zindan, Aksiya, Məhbus, Görüş, todaypress.az,