İranda prezidentlik yarışı başlayır - Namizədlər bəlli oldu
İranda prezident seçkilərində mübarizə aparacaq namizədlər bəlli olub.
TodayPress İRİNA-ya istinadla xəbər verir ki, prezidentliyə
namizəd olmaq üçün dördü qadın namizəd olmaqla 80 nəfər müraciət edib. Ancaq cəmi 6 nəfər qəbul edilib. Konstitusiya Keşikçiləri Şurası təsdiq
etdiyi namizədlərin adlarını açıqlayıb.
4 qadın namizədin
ərizələri İslahatçı namizədlər Konsitutsiyasının Mühafizəçilər
Şurasından keçə bilməyərək rədd
edilib. Rədd
edilən namizədlər və qəbul edilən ərizələr mübahisə yaradıb.
İyunun 28-də keçiriləcək seçkilərdə ən güclü namizəd Sədid Cəlildir. Cəlilin dini lider Ayətullah
Xameneinin ən çox istədiyi namizəd olduğu təxmin edilir. İranın Nüvə
Danışıqları qrupunun rəhbəri olduğu müddətdə Cəlili İran nüvə proqramını irəli
sürdüyü üçün dəfələrlə danışıqlara mane olub. Digər tərəfdən o, namizədlərin ən
mühafizəkarı kimi tanınır.
İkinci güclü namizəd isə Məhəmməd Bağer Qalibafdır. Qalibaf parlamentin mühafizəkar
spikeri və İran rejiminin müdafiəçisi hesab edilən keçmiş İnqilab Keşikçiləri
Korpusunun komandiri vəzifələrində çalışıb.
İslahatçıların yeganə namizədi Məsud Pezeşkiandır. O, keçmiş səhiyyə naziridir və İran parlamentində Təbrizi təmsil edir. Pezeşkian deformist olsa da, müraciət etməzdən əvvəl Xamneyiyə sadiqliyini bildirib
Namizədlərin rədd edilməsi də mübahisələrə səbəb olub. Rədd edilən namizədlərdən bir də İranın keçmiş prezident Mahmud Əhməd Nejatdır.
Qeyd edək ki, Nejatın ərizəsi prezident seçkilərində 3-cü dəfədir ki, rədd edilir.
GÜNEL
tag: İran,Təbriz, Mahmud Əhməd Nejat, İslahatçı, Rejim, todayepress.az,