İranda prezident seçkilərinin ikinci turu keçirilir
İranda növbədənkənar prezident seçkilərinin ikinci turuna start verilib.
TodayPress “İsna”ya istinadən xəbər verir ki, səsvermənin başa çatdığı elan edilən kimi səslərin hesablanması prosesinə başlanacaq.
Nəticələrin iyulun 6-da səhər saatlarında açıqlanacağı gözlənilir.
Prezidentlik uğrunda islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır.
Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən seçkilər ikinci tura qalıb.
Günəş Mərd
tag: İran, Seçkilər, Prezidentlik, Məsud Pezeşkian,Növbədənkənar, todaypress.az,