İranda ordu zabiti edam edildi

Dünya

09.01.2025 12:46

İranın Kirmanşah əyalətində Gilanqərb şəhərindən olan ordu zabiti Əşkan Kazemi dar ağacından asılıb. 

TodayPress xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) məlumat yayıb. 

Məlumata görə, sözügedən zindanda ordu zabitindən əlavə daha iki məhbusun ölüm hökmü icra edilib. Bildirilib ki, hər üç məhbus qəsdən adam öldürmədə günahlandırılıb. 

Qeyd olunub ki, ordu zabiti dörd il öncə öz həyat yoldaşını, qaynını və arvadının vəkilini qətlə yetirib.  

Günəş Mərd

tag: İran ,Zaqbit ,Ordu, Edam ,todaypress.az,