İranda növbədənkənar prezident seçkiləri keçirilir

Dünya

28.06.2024 10:42

İranda 14-cü prezident seçkiləri üçün səsvermə başlayıb. 

TodayPress xəbər verir ki, seçkilərdə 62 milyon seçicinin iştirakı gözlənilir. 

Ölkə hüdudlarından kənarda olan İran vətəndaşları da seçkilərdə iştirak edə biləcək.

Seçkilərdə prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparırlar.

Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı açıqlanacağı və yekun nəticələrin sabah açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İranda prezident 4 il müddətinə seçilir və ardıcıl olaraq maksimum 2 dəfə seçilə bilər.

Günəş Mərd

tag: İran, Seçki, Prezident, Ölkə, Ali Rəhbər, todaypress.az,