İranda neft emalı zavodunda yanğın oldu
Dünya
26.12.2024 18:30
İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.
TodayPress xəbər verir ki, məlumatı “Borna.news” yayıb.
Bildirilib ki, hadisə dekabrın 26-da baş verib.
Abadan neft emalı zavodunun əməliyyat meneceri Seyid Məhəmməd Taharinin sözlərinə görə, müəssisədə ötürücü və istehsal işləri tam gücü ilə fasiləsiz işləyir:
“Yanğın heç bir problem yaratmayıb”.
Menecer qeyd edib ki, yanğın söndürülüb.
tag: İran, Neft, Yanğın, Emal ,todaypress.az,