İranda məhbus edamı davam edir
Dünya
09.09.2024 15:32
İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhər mərkəzi həbsxanasında 6 məhbus dar ağacından asılıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) məlumat yayıb.
Edam olunan məhbuslardan dördü etnik bəluc, biri isə Əfqanıstan vətəndaşı olub. Digər məhbusun kimliyi məlum deyil.
Ölüm hökmü icra edilən məhbusların hamısı narkotik qaçaqmalçılığında günahlandırılıblar.
Qeyd edək ki, bu il İran zindanlarında edam olunan məhbusların sayı 400 nəfəri keçib.
Günəş Mərd
tag: Edam,İran,Sistan ,Bəluçistan ,Zahidan ,İnsan Haqları Təşkilatı,Əfqanıstan ,todaypress.az,