İranda məhbus edamı davam edir
İranın Şiraz şəhərinin Adilabad zindanında üç məhbus dar ağacından asılıb.
TodayPress xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı “HENGAW” məlumat yayıb.
Bildirilib ki, edam hökmləri həyata keçirilən məhbuslardan ikisi narkotik qaçaqmalçılığında, digər biri isə qəsdən adam öldürməkdə günahlandırılıb.
Qeyd edək ki, bu il İran zindanlarında edam edilən məhbusların sayı 400-ə yaxınlaşıb.
Günəş Mərd
tag: İran, Edam, Zindanlar,Məhbus, todaypress.az,