İranda keçirilən prezident seçkilərində səsvermə başa çatdı
Dünya
29.06.2024 00:30
İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.
TodayPress xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami yerli vaxtla saat 08.00-da başlayan və saat 18.00-da başa çatması nəzərdə tutulsa da, üç dəfə uzadılan səsvermə müddətinin saat 24.00-da başa çatdığını açıqlayıb.
Prezident seçkilərində səsvermə müddəti əvvəlcə saat 20.00-a, sonra saat 22.00-a, daha sonra saat 24.00-a qədər uzadılıb və ümumilikdə 18 saat davam edib.
Seçkilərdə islahatçı namizəd Məsud Pezeşkiyan, mühafizəkar namizədlər parlament sədri Məhəmməd Baqir Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili və keçmiş daxili işlər naziri Mustafa Purmuhammedi yarışır.
Mühafizəkar namizədlər Tehran meri Əli Rza Zəkani və əmir Hüseyn Qadizadəhaşimi “mühafizəkar qanadda birliyi təmin etmək üçün” seçkiyə saatlar qalmış namizədliklərini geri götürüblər.
Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar.
Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi ölkənin 9-cu prezidenti olacaq.
Seçkilərin yekun nəticələrinin sabah günortaya qədər açıqlanacağı gözlənilir.
GÜNEL
tag: İran,Seçki, Prezident,Məsud Pezeşkiyan, todaypress.az,