İranda hökumət 12 güneyli milli fəala 88 il həbs cəzası verdi
Dünya
24.10.2024 23:42
İranda hökumət 12 güney azərbaycanlı fəalı
88 il müddətinə azadlıqdan məhrum edib.
TodayPress “Azad İran”a istinadən xəbər verir ki, bu
barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.
Bildirilib ki, qəddarlığı ilə tanınan hakim Əbülqasım
Səlavatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi 12 güneyli
milli fəala ümumilikdə 88 il həbs cəzası verib.
Qeyd olunub ki, onların həbsdən sonra iki il müddətinə
ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa
qoyulub. “Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”,
“dövlət quruluşu əleyhinə təbliğar aparmaq” və “casusluq”da günahlandırılan
Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6
ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar
Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və
Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
tag: Iran, Güney Azərbaycan, Əbülqasım, Tehran, Edam, todaypress.az,