İranda helikopter qəzaya uğradı: Ölənlər var

Dünya

29.09.2024 10:18

İranın cənub-şərqində helikopter qəzası baş verib.

TodayPress xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfər həlak olub.

Qəzanın texniki, yaxud kənar müdaxilə səbəbindən baş verdiyi məlum deyil.

Günəş Mərd 

tag: İran,Helikopter,Qəza,Yəmən,Todaypress.az,