İranda hava çirkliliyinə görə ölənlərin sayı kəskin artdı
Dünya
14.11.2024 17:41
2023-cü ildə İranda hava çirkliliyi səbəbindən 30 min 690 nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Abbas Şahsevəni deyib.
Onun sözlərinə görə, 2022-ci ildə eyni səbəbdən ölənlərin sayı 26 min nəfər olub.
“Bir il ərzində hava çirkliliyindən ölənlərin sayının artması problemin həll olunmadığını göstərir” Şahsevəni bildirib.
tag: İran, Hava, Çirkli, Səhiyyə, todaypress.az,