İranda edam dalğası ilə bağlı XƏBƏRDARLIQ
Dünya
05.07.2024 17:35
İran İnsan Haqları Təşkilatının yeni hesabatına əsasən son 6 ayda ölkədə 249 edam hökmü icra edilib. Qurum prezident seçkisindən sonra edamların yenidən artacağı ilə bağlı xəbərdarlıq edib.
TodayPress “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Məhəmməd Əmiri Müqəddəm bildirib.
Onun sözlərinə görə, İran hökuməti insanları seçkilərə cəlb etmək üçün edamları azaldıb, ancaq seçkilərdən dərhal sonra yenidən edam cəzalarının icrasına başlayacaq.
Qeyd olunub ki, son 6 ayda dar ağacından asılan 249 nəfərdən 10-u qadındır, 14 nəfər ölkənin təhlükəsizliyinə zərər vurmaqda, beşi isə İsrailə casusluqda günahlandırılıb.
Günəş Mərd
tag: İran, Edam, Azad İran, Teleqram, Məhəmməd Əmiri Müqəddəm, Seçki, todaypress.az,