İranda "Bəsic" qüvvələrinin beş üzvü öldü
Dünya
11.11.2024 10:10
İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.
TodayPress İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.
Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.
Vurğulanıb ki, noyabrın 8-də Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda “Ceyşül Ədl” silahlı qruplaşmasının Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonuna hücumu nəticəsində yaralanmış Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.
tag: İran, Firuzabad, SEPAH, Bəsic, todaypress.az,