İranda 2 namizəd prezident seçkilərindən geri çəkildi
Dünya
27.06.2024 20:40
İranda 14-cü prezident seçkilərinə bir gün qalmış iki namizəd geri çəkilmək qərarına gəldiyini açıqlayıb.
TodayPress xəbər verir ki,Haşimi və Zəkani digər mühafizəkar namizədlərin xeyrinə namizədlikdən geri çəkildiklərini açıqlayıblar.
Şəhidlər və Qazilər Fondunun prezidenti Əmir Hüseyn Kadızadə Haşimi sosial media hesabından verdiyi açıqlamada, qalan 3 mühafizəkar namizədi birləşdirmək üçün belə bir qərar verdiyini ifadə edərək, “Birliyini qorumaq üçün namizədlikdən geri çəkilirəm” qeydini yazıb.
Digər namizəd Tehran meri Əli Rza Zəkani isə açıqlamasında, "Mən qanuni rəqabət müddətinin sonuna qədər qaldım, lakin rəhbərin yolunu davam etdirmək hər şeydən vacibdir. Mənim Cəlili və Qalibafdan xahişim inqilabi qüvvələrin tələblərini cavabsız qoymamaq və üçüncü Ruhani hökumətinin qurulmasını təmin etmək üçün birləşməkdir” deyə bildirib.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra keçirilən Konstitusiya Keşikçiləri Şurasının iclasında 14-cü dövr prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.
Prezident
seçkilərində 4 namizəd arasında seçki yarışı davam edəcək. Mühafizəkar
cəbhəyə Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili,
parlament sədri Məhəmməd Baqir Kalibaf və keçmiş daxili işlər naziri Mustafa
Purmuhammedi daxil olduğu halda, Təbriz müavini Məsud Pezeşkiyan islahatçı cəbhədə
yeganə namizəd kimi davam edir.
GÜNEL
tag: İran, Prezident seçkiləri,Namizəd,İbrahim Rəisi, todaypress.az,