İrana məxsus hərbi təyyarə qəzaya uğradı
Dünya
22.01.2025 16:29
İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında Həmədan vilayətinin şimalında baş verib. İlkin məlumata əsasən, hər iki pilot sağ qalıb.
Töhfə Səməd
tag: İran,İRNA,Həmədan,Vilayət,Qəza,Todaypress.az,