İran yenidən İsraili hədələdi
Dünya
30.10.2024 13:40
“İran İsrailin hava hücumlarına sarsıdıcı zərbələrlə cavab verəcək”.
TodayPress “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, general-mayor Məhəmməd Rza Nəqdi deyib.
“Yaxın günlərdə İsrail daha sarsıdıcı zərbələr görəcək. Biz öz tədbirlərimiz və fərasətimizlə onları təəccübləndirəcəyik” SEPAH rəhbərinin müavini qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da İsrailin İrana hərbi hücumu nəticəsində bir sıra mühüm hərbi obyektlər, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun iri raket istehsalı zavodu vurulub.
Günəş Mərd
tag: İran, İsrail, SEPAH, Hücum, todaypress.az,