İran XİN: Suriyadakı terrorçular ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edir
Dünya
02.12.2024 13:47
Suriyanın şimalında fəaliyyətlərini intensivləşdirən terror qrupları ABŞ ilə koordinasiyalı şəkildə işləyir.
TodayPress “CNN”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mətbuat konfransında bildirib.
“Suriyadakı gərginliyin Livanda atəşkəsin elan olunması ilə üst-üstə düşməsi və ABŞ hakimiyyətinin oradakı terrorçu qruplaşmalardan heç bir təhlükə hiss etmədikləri barədə bəyanatları bu terrorçularla ABŞ arasında koordinasiyanın olduğunu göstərir” deyə diplomat vurğulayıb.
Xatırladaq ki, dekabrın 1-də ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Amerika administrasiyası Suriyada terrorçu qrupların hücumuna təəccüblənməyib. O qeyd edib ki, silahlı hücumlar regional qüvvələr balansında dəyişikliklərin gözlənilən nəticəsidir.
Qeyd edək ki, Suriyada üsyançılarla ordu arasında qarşıdurma davam edir.
Günəş Mərd
tag: Suriya, İran, XİN, ABŞ, todaypress.az,