İran XİN Suriyada baş verənlərə görə ABŞ-ni günahlandırdı
Dünya
29.11.2024 16:25
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Suriyada son iki gündə baş verən hadisələri şərh edib.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, o, terrorçuların Suriyada fəaliyyətlərinin bərpası ilə bağlı xəbərdarlıq edib və terrorizmin regionda yayılmasının qarşısını almaq üçün qəti və koordinasiyalı addımlar atmağa çağırıb.
Bəqayi son iki gündə Suriyada terrorçu qrupların hərəkətlərini terrorçu rejim və ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq üçün həyata keçirdiyi pis planın bir hissəsi adlandırıb.
Qeyd edək ki, ötən gün sentyabrın 28-də Suriyanın Hələb bölgəsində silahlıların hücum nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) komandanının müşaviri, briqada generalı Kiumərs Purhaşimi (Kiumars Pourhashemi) öldürülüb.
Günəş Mərd
tag: Suriya, Terror,ABŞ,Hələb,todaypress.az,