İran XİN: “SEPAH generalının ölümü cavabsız qalmayacaq”

Dünya

29.09.2024 17:40

1884

“Beyrutda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general-mayor Abbas Nilfuruşanın ölümünə görə İsrail məsuliyyət daşıyacaq”.   

TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.   

“Bu, cavabsız qalmayacaq. Diplomatik aparat səbəbkarları və onların havadarlarını təqib etmək üçün də bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq potensialından istifadə edəcək” XİN başçısı qeyd edib. 

Xatırladaq ki, SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşa İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra ölüb. 

Günəş Mərd 

tag: İran,XİN,SEPAH,İsrail,Todaypress.az,