İran XİN İsraillə bağlı açıqlama verdi

Dünya

26.08.2024 12:31

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə vurulacaq zərbə birmənalı, hesablanmış və dəqiq olacaq”.

TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə söhbətində deyib.

Abbas Əraqçi bildirib ki, İran gərginliyi artırmağa çalışmır, lakin münaqişədən də qorxmur. 

İtaliyalı nazir isə öz növbəsində regiondakı qeyri-sabit vəziyyətdən narahatlığını ifadə edib və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Töhfə Səməd

tag: HƏMAS,İran, Abbas Əraqçi, İtaliya,Münaqişə, todaypress.az,