İran XİN İranın Suriyaya dəstəyi məsələsinə münasibət bildirdi
Dünya
20.12.2024 19:20
“Suriyada Bəşər Əsəd hökuməti müstəqil qərarlar verib və İran tərəfindən idarə olunmayıb”.
TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Al Ghad” telekanalına müsahibəsində deyib.
Nazir həmçinin qeyd edib ki, İranın Suriyaya dəstəyi konkret bir şəxsə yox, daha çox Suriya xalqına və Suriyanın ərazi bütövlüyünün müdafiəsinə istiqamətlənib.
“İranlı müşavirlərin Suriyada olması İŞİD və digər terror qruplaşmaları ilə mübarizə zərurəti ilə bağlı olub” deyə Əraqçı qeyd edib.
Günəş Mərd
tag: İran, XİN, Suriya ,Əraqçı ,todaypress.az,