İran XİN Fransanı tənqid etdi
Dünya
20.11.2024 13:40
İranın xarici işlər naziri Abbas Araqçı ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, tərəflər söhbət zamanı nüvə danışıqları və regional proseslərlə bağlı son hadisələr ətrafında müzakirə aparıblar.
Araqçı Avropa ölkələrinin, xüsusilə Fransanın İrana qarşı yeni sanksiyalarla bağlı addımlarını tənqid edərək, onları əsassız və təxribatçı adlandırıb.
O, deyib ki, bu addım Tehranın Fransa ilə əlaqələrinə ziddir.
Günəş Mərd
tag: İran,XİN,Abbas Araqçı,Jan-Noel Barro,Tehran,Fransa,todaypress.az,