İran XİN BMT Təhlükəsizlik Şurasına çağırış etdi
Dünya
29.10.2024 18:00
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında və Livanda daha çox qan tökülməməsi üçün tədbir görməli və İsrailə qarşı sanksiyalar tətbiq etməlidir.
TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.
“BMT Təhlükəsizlik Şurası İsrailə Qəzzada, Livanda müharibəni və qan tökülməsini davam etdirmək istəyinə görə qarşı tədbir görməyə və BMT Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq ona qarşı sərt sanksiyalar tətbiq etməyə borcludur”.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mətbuat konfransı zamanı bildirib ki, İran Türkiyə ilə birlikdə İsrailə silah embarqosu tətbiq etmək üçün bəzi ölkələrlə danışıqları davam etdirir.
Töhfə Səməd
tag: Qəzza, BMT, İran, Livan, Abbas Əraqçi, Tehran, XİN, todaypress.az,