İran XİN başçısı Ermənistana səfər edəcək

Dünya

24.03.2025 10:40

2344

İranın xarici işlər naziri Abbas Əraqçi martın 24-də Ermənistana rəsmi səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi məlumat verib.

Bildirilib ki, səfər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə baş tutacaq. Əraqçi Ermənistanın Baş naziri Nikol Paşinyan, Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşəcək.

Danışıqlar zamanı iki ölkə arasındakı əlaqələr və bölgədəki vəziyyət müzakirə olunacaq. Səfərin əsas gündəliyi hələlik açıqlanmayıb.

Qiymət Mahir

tag: İran,Abbas Əraqçi,Ermənistan,Ararat Mirzoyan,todaypress.az,