İran XİN başçısı ABŞ-yə səfər edəcək
Dünya
13.01.2025 16:17
İranın xarici işlər naziri Abbas Ərakçinin gələn həftə Nyu-Yorka səfəri planlaşdırılır.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında (Nyu-York) xarici işlər nazirləri səviyyəsində Fələstin məsələsinə dair görüş keçiriləcək.
tag: İran ,XİN ,ABŞ ,Konfrans ,todaypress.az,