İran XİN: ABŞ-İran danışıqları ayrı otaqlarda dolayı şəkildə keçirilir
ABŞ və İran nümayəndə heyətləri hazırda ayrı otaqlarda əyləşiblər və danışıqlar dolayı şəkildə keçirilir.
TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqların ikinci raundu da birinci raundda olduğu kimi dolayı şəkildə davam edir.
“Hər iki nümayəndə heyəti ayrı-ayrı otaqlarda əyləşib və danışıqlarda Oman xarici işlər naziri vasitəçi rolunu oynayır” deyə Bəqayi vurğulayıb.
O qeyd edib ki, əvvəllər də danışıqlarla bağlı yanlış və ya saxta xəbərlər yayılıb:
“Əsas məsələ odur ki, biz üzərimizə düşən danışıqlar məsuliyyətini düzgün şəkildə yerinə yetirək”.
tag: İran,ABŞ,Görüş,Tədbir,Todaypress.az,