İran xalqı kimi prezident görmək istəyir? – SORĞU

Dünya

15.06.2024 14:30

İran prezidentliyinə namizədlərlə bağlı ilk rəsmi sorğunun nəticələri açıqlanıb. 

TodayPress, İran mediasına istinadən xəbər verir ki, birinci yeri İran parlamentinin hazırkı sədri Məhəmməd Baqir Qalibaf (28,7%), ikinci yeri qatı mühafizəkar siyasətçi Səid Cəlili (20%), üçüncü yeri isə Təbrizdən olan millət vəkili Məsud Pezeşkian (13,4%) tutub.

Digər namizədlər 4%-dən az səs toplayaraq dördüncü-altıncı yerləri bölüşüblər.

Sorğuda iştirak edənlərin 26,6%-i hələ də hansı namizədə səs verəcəyi ilə bağlı qərarsız qalıb. 

Sorğunun nəticələrinə əsasən, 53 faizdən çox insan seçkidə səs verəcək. 

Günəş Mərd

tag: İran,Prezident, Namizəd, Media,Sorğu, todaypress.az,