İran və ABŞ-nin daha bir görüşü baş tutacaq

Dünya

19.04.2025 19:02

7

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu yaxın günlərdə keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Görüşlər Omanın vasitəçiliyi ilə baş tutacaq.

Qeyd edək ki, bu gün ikinci raund Romada, Omanın səfirliyində keçirilib. Danışıqlarda İran tərəfinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.

Tərəflər fikir ayrılıqlarının azaldılması və sanksiyaların mümkün ləğvi istiqamətində məsləhətləşmələri davam etdirirlər.

Türkan İsgəndərli

tag: İran,ABŞ,Nüvə,Oman,todaypress.az,