İran valyutasının dəyəri artdı

Dünya

07.05.2025 11:35

10

"İsrailin sayəsində İranın nüvə proqramı indi həmişəkindən daha müdafiəsizdir. Ancaq danışıqlar yolu İrana rahatlıq hiss gətirib". 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, İran rialı danışıqlar başlayandan bəri öz dəyərinin 20%-ni bərpa edib, amma ABŞ prezidenti Donald Tramp sərt siyasət formalaşdırmaq üçün vəziyyəti dəyişə bilər. 

Qəzet qeyd edib ki, ABŞ tələsmir və sanksiyalarla İranın neft ixracına ciddi təzyiq göstərmək üçün vaxta ehtiyac duyur. Bu, hərbi zərbəyə ehtiyac olmadan İranın nüvə proqramını tamamilə ləğv etməyin yeganə yoludur.

Türkan İsgəndərli

tag: İran,Valyuta,ABŞ,Rial,todaypress.az,